Attestasiyada ən zəif nəticə göstərənlər Sumqayıt Musiqi Kollecinin məzunlarıdır

Attestasiyada ən zəif nəticə göstərənlər Sumqayıt Musiqi Kollecinin məzunlarıdır.

Modern.az məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmə zamanı mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov bildirib.

Zəif nəticə göstərənlərin bitirdiyi təhsil müəssisələri və təhsil pillələri üzrə göstəricilərə əsasən, uğursuz nəticə göstərənlər arasında ən yüksək göstərici Sumqayıt Musiqi Kollecinin məzunlarına aiddir. Bu kollecdən məzun olan 287 nəfər attestasiyada uğursuz nəticə göstərib.
Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kollecini bitirənlər arasında bu göstərici 170 nəfər təşkil edir. Şuşa Musiqi Kollecinin məzunları üzrə 60, Bakı Musiqi Akademiyası üzrə 33, Ağdam Musiqi Kolleci üzrə isə 24 nəfər uğursuz nəticə göstərib.


Mənbə: Modern.az

Bir cavab yazın