Aktual Bu gün, 13:32 Gəncə Dövlət Universitetin tələbələri istehsalat təcrübəsində – FOTO

Gəncə Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin Ekologiya və Ekologiya mühəndisliyi ixtisaslarının IV kurs tələbələri Bitki mühafizəsi və Texniki Bitkilər Elmi – Tədqiqat  İnstitutunda istehsalat təcrübəsində iştirak edirlər.

Modern.az xəbər verir ki, tələbələr Biotexnologiya və molekulyar diaqnostika laboratoriyalarında biotexnoloji proseslərin aparılması, nümunələrin götürülməsi və analiz edilməsi, həmçinin molekulyar diaqnostika üsullarının tətbiqi üzrə universitetdə əldə etdikləri nəzəri bilikləri daha da möhkəmləndirirlər.

Təcrübə müddətində GDU-nun Ekologiya və təbiəti mühafizə kafedrasının müdiri Sevda Əhmədovanın və kafedranın rəhbər müəllimlərinin, eləcə də Bitki mühafizəsi və Texniki Bitkilər Elmi – Tədqiqat İnstitunun əməkdaşlarının düzgün istiqamət verməsi tələbələrin peşəkar bacarıqlarının formalaşmasında və onların gələcək fəaliyyətə hazırlanmasında mühüm rol oynayır.

 


Mənbə: Modern.az

Bir cavab yazın