Zığda yaşıl zona yaradılır – 6 milyon ayrıldı

Bakının Suraxanı rayonunda Zığ gölünün ətrafında yerləşən ərazilərdə yeni yaşıllıqlar salınacaq.

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-dən məlumat əldə edib.

Məlumata görə, gölün ətraf ərazilərində yeni yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması ilə bağlı birinci mərhələ üzrə işlərə başlanılır.

İlkin olaraq sözügedən işlərin icrasına 6 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb. ( İqtisadiyyat.az)


Mənbə: Modern.az

Bir cavab yazın