Azərbaycan vasitəsilə Ermənistana gübrə və “qreçka” göndərilir 

0

Dörd vaqon gübrə və bir vaqon qarabaşaq sabah tranzit olaraq Azərbaycandan keçməklə Ermənistana göndəriləcək.

Modern.az xəbər verir ki, yanacaq, taxıl və digər məhsulların Azərbaycan ərazisindən Ermənistana tranzit daşınmaları müntəzəm əsasda həyata keçirilir.

Belə ki, Ermənistana bu ilin 5 mart tarixində 1 984 ton dizel yanacağı ilə yüklənmiş 31 vaqon və 135 ton Rusiya gübrəsi ilə yüklənmiş iki vaqon, martın 9-da Rusiya taxılı ilə yüklənmiş 7 vaqondan ibarət yük qatarı, martın 11-də isə ümumi çəkisi 1 023 ton (netto – 770 ton) olan 11 vaqonda taxıl göndərilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More