3 gün sonra məktəblərdə dərslər başlayır
Novruz və Ramazan bayramları ilə əlaqədar tətil bitmək üzrədir.
Modern.az xəbər verir ki, istirahət günlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində ilk dərs günü 28 mart, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü 31 mart tarixinə təsadüf edəcək.
Qeyd edək ki, hazırda 11 günlük qeyri-iş gününün 7-ci günüdür.
Mənbə: Modern.az
