Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək

0

“Tütün və tütün məmulatları haqqında Qanun”la 1 aprel 2026-cı il tarixindən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Modern.az-a verilən məlumata görə, inzibati Xətalar Məcəlləsinə əsasən, qeyd edilən tarixdən qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.

“Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin – təbiətə və özünüzə qayğı göstərin”, – məlumatda qeyd olunur.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More