AFFA “Kəpəz”i cərimələdi

0

“Kəpəz” klubu cərimələnib.

Modern.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının XXV turunda “Qarabağ”la matçdan sonra meydana kənar şəxslərin daxil olması səbəb olub.

Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün Gəncə təmsilçisi 6500 manat ziyana düşüb.

Xatırladaq ki, “Kəpəz” “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More