Trampı məsxərəyə qoydular: bişmiş toyuğu belə güldürür!

İranda rejim dəyişikliyinin baş verdiyini idda edən ABŞ Prezidenti Donald Trampın bununla bağlı fikirləri İslam Respublikasında istehza ilə qarşılanıb.

ABŞ Prezidenti Donald Tramp ötən gecə Ağ Evdən həmvətənlərinə müraciətində bildirib:

“Növbəti iki-üç həftə ərzində İrana son dərəcə sərt zərbələr endirəcəyik. Onları Daş dövrünə qaytaracağıq. İranda rejim dəyişikliyi bizim məqsədimiz deyildi. Biz heç vaxt rejim dəyişikliyi barədə danışmadıq, amma rejim dəyişikliyi bütün liderlərinin ölümü səbəbindən baş verdi. Bu ölkə faktiki olaraq məhv edilib və artıq təhlükə yaratmır”.

Modern.az xəbər verir ki, İranın yarımrəsmi “Tasnim” Agentliyi Donald Trampın fikirlərini məsxərəyə qoyub.

“İrandakı siyasi sistemin dəyişməsi haqqında danışmaq hətta bişmiş toyuğu belə güldürür. Bəzi beynəlxalq jurnalistlərin fikrincə, yalnız Tramp kimi axmaq bir Xameneini (mərhum Ayətullah Əli Xamenei) digər Xameneinin (Ayətullah Müctəba Xamenei) əvəz etməsini sistem dəyişikliyi adlandıra bilər”, – deyə “Tasnim” yazıb.


Mənbə: Modern.az

Bir cavab yazın