Köç karvanı Kəlbəcərə çatdı – Açarlar sakinlərə verildi

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 2-də Kəlbəcər şəhərinə çatıb.

Modern.az xəbər verir ki, beləliklə, bu gün 27 ailə olmaqla, 113 nəfər keçmiş məcburi köçkün doğma yurda – Kəlbəcər şəhərinə qovuşub.


Mənbə: Modern.az

Bir cavab yazın