Avtoxuliqan sürücü həbs olundu

0

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az verilən məlumata görə, Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub, ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərə yol verib.

Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More