Külək güclənəcək – Sarı xəbərdarlıq

0

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə aprelin 4-6-da külək güclənəcək.

Modern.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Qazax, Ağstafa, Daşkəsən, Mingəçevir, Naftalan, Goranboyda isə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu isə narıncı xəbərdarlıqdır.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More