9 yeni metrostansiyanın layihələndirmə işləri tamamlanıb

0

2030-cu ilin sonuna qədər Bakı metrosunda 9 yeni stansiyanın tikintisi başa çatdırılacaq.
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

“2026-cı ildə tenderin prosesi həyata keçiriləcək. Tender prosesi bitdikdən və qalib şirkət müəyyən olunduqdan sonra dərhal tikinti işləri başlanacaq. 2030-cu ilə qədər dövlət proqramına daxil olan bütün bütün depo və stansiyaların layihələndirmə işləri tam bitib”, – deyə o əlavə edib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More