Aktual Bu gün, 13:06 Hər 10 nikahdan 8-i boşanma ilə bitir – böhran

Rusiyada ailə institutu ciddi böhranla üz-üzədir.

Modern.az xəbər verir ki, ölkədə evliliyə maraq sürətlə azalır, boşanmaların sayı isə artmaqda davam edir.

Məlumata görə, hazırda Rusiyada hər 10 ailəyə 8 boşanma düşür. 2025-ci ildə ölkə boşanma sayına görə dünya üzrə ilk üçlükdə yer alıb.

Psixoloqlar bildirir ki, bir çox insanlar üçün evlilik artıq “çıxılmaz vəziyyət” kimi qəbul olunur. Ailədə kişinin passivliyi səbəbindən qadınlar məişət yükü altında qalır, bu isə onların psixoloji tükənməsinə gətirib çıxarır.

Buna əlavə olaraq, maddi çətinliklər, borclar və ailəni dolandırmaqda yaşanan problemlər münasibətləri daha da gərginləşdirir. Nəticədə ailələrdə laqeydlik və xəyanət halları artır.

Qeyd edilir ki, davamlı stress psixi pozuntulara və depressiyaya səbəb olur və bu hal artıq bir çox ailələrdə adi hala çevrilib.

Bütün bu amillər nəticəsində insanlar evlilikdən imtina edərək tək yaşamağa üstünlük verirlər. İlk dəfə olaraq Rusiyada subay insanların sayı ailəli şəxslərin sayını üstələyib.

Hazırda ölkə əhalisinin 42%-i tək yaşayır və bu göstəriciyə əsasən yalnız yaşlılar deyil, əmək qabiliyyətli kişilər və qadınlar da daxildir. Onların əksəriyyəti isə evlilikdən şüurlu şəkildə imtina edir.


Mənbə: Modern.az

Bir cavab yazın