Peşə Təhsil Mərkəzində yeni təyinat

0

Pəri Teymurova Tovuz Dövlət Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.

Pəri Teymurova 2012-ci ildə Azərbaycan Dillər Universitetində “Xarici dil (fransız dili)” ixtisası üzrə bakalavriat təhsili alıb.

Əmək fəaliyyətinə Qazax rayonu M.Həsənov adına I Şıxlı kənd tam orta məktəbində müəllim kimi başlayıb. 2024-cü il 24 sentyabr tarixindən etibarən Tovuz rayonu Bayramlı kənd Z.Yusifov adına tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib.

Bununla yanaşı, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində və Qazax rayonu Z.Mahmudov adına məktəbin Peşə Təmayüllü Siniflər layihəsində qrup rəhbəri vəzifəsində çalışıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More