Aktual Bu gün, 13:08 Metro nə vaxt açılacaq? – RƏSMİ CAVAB
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bu barədə Modern.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.
“Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik”, – deyə məlumatda qeyd olunub.
Mənbə: Modern.az
