Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

0

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib.

Modern.az xəbər verir ki, bununla bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova əmr imzalayıb.

Əmrə əsasən, Pərvin Quliyeva BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, P. Quliyeva bu təyinatadək Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsində baş mütəxəssis, MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsində məsləhətçi, Təhsil İnstitutunun Ümumi şöbəsinin müdiri vəzifələrində çalışıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More