Müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

0

Mayın 2-dən Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir.

Modern.az xəbər verir ki, mayın 2–3 və 10–11 tarixlərində Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları keçiriləcək. Prosesdə ümumilikdə 2772 təhsilverənin iştirakı nəzərdə tutulur.

İmtahan qrafikinə əsasən, 2 may alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika müəllimləri, 3 may riyaziyyat, kimya, biologiya müəllimləri, 10 may fizika, ibtidai sinif və coğrafiya müəllimləri, 11 may fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Təhsilverənlərdən xahiş olunur ki, şəxsi kabinetlərinə daxil olaraq imtahan tarixi, mərkəzi və seans vaxtı ilə bağlı məlumatları öncədən dəqiqləşdirsinlər. İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması mütləqdir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More