Putin Trampı 9 May paradına dəvət etmədi

0

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı 9 May Qələbə Günü Paradına dəvət etməyib.

Modern.az xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, tədbirdə Slovakiyanın Baş naziri Robert Fiko və digər xarici qonaqlar iştirak edəcək. Lakin Uşakov parada dəqiq kimlərin qatılacağını açıqlamayıb.

Kreml dəvət olunmuş xarici liderlərin tam siyahısını daha sonra açıqlayacağına söz verib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More