Biləsuvarda at əti satanlar ifşa edildi – FOTOLAR

0

Biləsuvarda 205 kq qanunsuz at kəsimi və satışının qarşısı alınıb.

Bu barədə Modern.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, AQTA-nın Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı “Toyota Corolla” markalı avtomobilə baxış keçirib.

Yoxlama zamanı antisanitar şəraitdə polietilen kisələrdə saxlanılan 205 kq sümüksüz at əti aşkarlanıb.

Araşdırma zamanı at ətinin Biləsuvar rayonunun Bəydili kənd sakini Əzizov Məlik Sabir oğluna məxsus olduğu müəyyən edilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, at əti saxlanca verilib. Araşdırmalar davam etdirilir.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More