Partlayışda yaralanan həkimin son durumu açıqlandı

Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı ağır yaralanan həkim-radioloq Asif Nəsirlinin vəziyyəti ağır olaraq qalır.

Bu barədə Modern.az-a onun yaxın qohumu Pərviz Yəhyalı məlumat verib.

Bildirilib ki, o, hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir.

Xatırladaq ki, aprelin 30-da Milli Onkologiya Mərkəzində onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Əliyev Mübariz Sahib oğlu tərəfinsən partlayıcı vasitə partladılıb. Nəticədə Mübariz Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəstəxananın həkimi Asif Nəsirli isə ağır yaralanıb. 

Qeyd edək ki, fakt üzrə Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Asif Nəsirli 1999-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

2005-2006-cı illərdə Milli Onkologiya Mərkəzində internatura keçib. 2006-2008-ci illərdə Milli Onkologiya Mərkəzində kliniki-ordinatura keçib.

2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında Radiasyon onkoloq vəzifəsində çalışırdı.


Mənbə: Modern.az

Bir cavab yazın