Tailandda helikopter qəzası: Xəsarət alanlar var

0

Tailandın Samutprakan əyalətində baş verən helikopter qəzasında bir neçə nəfər yaralanıb.

Modern.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, helikopter bazar günü səhər Muanq rayonundakı yanacaqdoldurma məntəqəsinin arxasında qəzaya uğrayıb.

Hadisə nəticəsində bir neçə nəfər yaralanıb. Zərərçəkənlərin dəqiq sayı hələ müəyyən edilməyib.

Qəzanın səbəbi məlum deyil.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More