Klinikadan 5 min manat oğurlandı, kassir tutuldu

0

Paytaxtın Nəsimi rayonunda yerləşən özəl klinikaların birindən oğurluq edilib.

Modern.az DİN-ə istinadən xəbər verir ki, həmin tibb mərkəzindən polisə müraciət olunaraq kassadan 5000 manatın talandığı bildirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayət əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı L.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, pul vəsaitini kassir kimi çalışdığı klinikadan müxtəlif vaxtlarda hissə-hissə talayıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

 


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More