Aktual Bu gün, 11:44 Azercell Beynəlxalq Xalça Festivalında xalçasını təqdim edib
“Azercell Telekom” MMC “Azərxalça” ASC ilə əməkdaşlıqda qadın həmrəyliyini və gücünü əks etdirən “Minlərlə ilmə, bir güc” sosial təşəbbüsünü uğurla həyata keçirib. Təşəbbüs eyni zamanda Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədini daşıyır.
Layihə çərçivəsində qadınlar arasında həmrəyliyi, onların cəmiyyətin sosial və mədəni inkişafındakı rolunu simvolizə edən xüsusi xalça hazırlanıb.
Təşəbbüs 2–3 may tarixlərində keçirilən Beynəlxalq Xalça Festivalı zamanı geniş ictimaiyyətə təqdim edilib. Festival günlərində qadın ziyarətçilər və ictimai xadimlər təşəbbüsə böyük maraq göstərərək xalçanın yaradılma prosesində birbaşa iştirak etdilər. Belə ki, festivalın qadın iştirakçıları xalçaya ilmə vuraraq bu unikal sənət nümunəsinin formalaşmasına öz töhfələrini veriblər.
“Azercell Telekom” MMC layihəyə qoşularaq xalçanın hazırlanmasında iştirak edən bütün qadınlara öz təşəkkürünü bildirir!
Mənbə: Modern.az
