Cəlilabadda gənc müəllim vəfat etdi

0

Cəlilabadda gənc müəllim vəfat edib.

Modern.az xəbər verir ki, əslən Cəlilabad rayonunun Albalan kəndindən olan Əhməd Natiq oğlu Əhmədov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Məlumata görə, o, bağırsaq xərçəngindən həyatını itirib.

Bildirilib ki, Əhməd Əhmədov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının 2015-2020-ci illər məzunu olub, tarix-coğrafiya ixtisası üzrə təhsil alıb.

O, bir müddət rayondakı hazırlıq kurslarından birində müəllim kimi fəaliyyət göstərib.

Qeyd edək ki, onun iki övladı var.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More