Qrupunu dəyişmək imkanından çox az abituriyent istifadə edir – İRAD

İmtahanda iştirak edəcək şəxlərin 5 faizi sınaq imtahanan qatılır. 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə “Asan TV”ə müsahibəsində bildirib.

O qeyd edib ki, DİM tərəfindən keçirilən sınaq imtahanında qəbul imtahanına sənəd verən 100 min abituriyentin cəmi 5 mini iştirak edib. 

“Bu imtahanlar onlar üçün bir imkandır ki, onlar əvvəlcədən nəticələrini ölkə standartlarına uyğun olaraq qiymətləndirsinlər və sonra təhlil edərək seçim edə bilsinlər”.

M. Abbaszadə həmçinin abituriyentlərin ikinci cəhd qəbul imtahanında seçdikləri qrupları dəyişmə imkanından istifadə etməli olduğunu vurğulayaraq, bunun önəmindən danışıb:

“Bizdə qəbul imtahanı üçün iki cəhd var. Birinci cəhddə iştirak etdikdən sonra ikinci imtahana qədər qrupu dəyişmək mümkündür. 1-ci qrupa imtahan verən abituriyent daha sonra 4-cü qrupa, 2-ci qrupa verənlər isə 3-cü qrupa və ya əksinə müraciət edə bilərlər. Hər il bu imkandan çox az abituriyent istifadə edir. Amma mən onları çağırıram ki, sınaq imtahanlarının nəticələrini təhlil etdikdən sonra ikinci cəhddə başqa qrup üzrə də öz imkanlarını sınasınlar”.

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, sınaq imtahanının nəticələrinin 24 maya dək açıqlanmasına çalışacaqlar. 


Mənbə: Modern.az

Bir cavab yazın