Təhsil Bu gün, 14:18 Tələbənin dostu olan rektorlar – ADLAR

AzEdu Təhsil Portalı ali təhsil müəssisələrində tələbə-rəhbərlik münasibətlərini ön plana çıxarmaq məqsədilə həyata keçirdiyi sorğu müsabiqəsi 6 may 12:00-da yekunlaşıb.

“Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?” adlı sorğu rektorların tələbələrlə ünsiyyət, qayğı və dəstək səviyyəsini qiymətləndirməyə yönəlmişdir. 

Məqsəd tələbələrin gündəlik təhsil həyatında qarşılaşdıqları məsələlərdə rəhbərliyin rolunu önə çıxarmaq, tələbəyönümlü idarəetmə nümunələrini müəyyənləşdirmək və bu sahədə müsbət təcrübələri təşviq etməkdir.

Bu təşəbbüs həm də ali təhsil müəssisələrində daha açıq və effektiv kommunikasiya mühitinin formalaşmasına töhfə verməyi hədəfləyirdi. 

Ümumilikdə sorğuda 32 universitetin rektoru yer alıb. 

Ən çox səs toplayan üç nəfər rektor qalib seçilib.

Modern.az sorğuda qalib olan üç rektoru səsvermə faizi ilə birgə təqdim edir. 

1. Gəncə Dövlət Universiteti – Yusif Yusibov 39,8%

2. Sumqayıt Dövlət Universitetinin sabiq rektoru – Əminağa Sadıqov 33,3%

3. Bakı Dövlət Universiteti – Elçin Babayev 13,4%

Sorğuda iştirak etmiş digər rektorları səsvermə faizləri ilə nəzərinizə çatdırırıq:

Naxçıvan Dövlət Universiteti – Elbrus İsayev 3,23%

Lənkəran Dövlət Universiteti – Natiq İbrahimov 2,40%

Azərbaycan Dövlət Aqrar Universiteti – Zəfər Qurbanov 1,64%

Bakı Slavyan Universiteti – Anar Nağıyev 0,95%

Azərbaycan Texniki Universiteti – Vilayət Vəliyev 0,91%

Azərbaycan Texnologiya Universiteti – Yaşar Ömərov 0,90%

Azərbaycan Dövlət Pedaqoji Universiteti – Cəfər Cəfərov 0,86%

Azərbaycan Universiteti – Sədaət Əliyeva 0,86%

Mingəçevir Dövlət Universiteti – Anar Eminov 0,85%

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – Rüfət Əzizov 0,14

Bakı Ali Neft Məktəbi – Elmar Qasımov 0,08%

Azərbaycan Dövlət İqtisad Universiteti – Ədalət Muradov 0,06%

Qarabağ Universiteti – Şahin Bayramov 0,06

Azərbaycan Tibb Universiteti – Gəray Gəraybəyli 0,04%

Dövlət Gömrük Komitəsinin Akademiyası – Qulu Novruzov 0,04%

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti – Gülçöhrə Məmmədova 0,04%

Bakı Mühəndislik Universiteti – Yaqub Piriyev 0,03%

Azərbaycan Dillər Universiteti – Kamal Abdulla 0,03%

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – Ceyran Mahmudova 0,02%

Azərbaycan Kooperasiya Universiteti – Eldar Quliyev 0,02

Qərbi Kaspi Universiteti – Hüseyn Bağırov 0,01%

Azərbaycan İdman Akademiyası – Fuad Hacıyev 0,01%

Odlar Yurdu Universiteti – Əhməd Vəliyev 0,01%

Bakı Biznes Universiteti – İbad Abbasov 0,01%

Xəzər Universiteti – Raziyə İsayeva 0,01%

Azərbaycan Turizm və Menecment Universiteti – İlham Mədətov 0,01%

Azərbaycan İlahiyyat Universiteti – Aqil Şirinov 0,01%

Bakı Avrasiya Universiteti – Səyavuş Qasımov 0,01%

Dövlət İdarəçilik Akademiyası – Urxan Ələkbərov 0,01%

Sorğuda əsas iştirakçı qrupunu tələbələr təşkil etsə də, təhsil ictimaiyyətinin digər üzvləri – müəllimlər, məzunlar və adıçəkilən ali məktəblərin digər əməkdaşları da səsvermədə iştirak ediblər.


Mənbə: Modern.az

Bir cavab yazın