Azərbaycanla Gürcüstanın hərbi mütəxəssislərinin görüşü keçirilib

0

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Gürcüstan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakı şəhərində hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə hər iki ölkənin hərbi qurumları arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür səfərlərin vacibliyi xüsusi vurğulanıb, eləcə də maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More