Aktual Bu gün, 10:43 Xaricdə yaşayan Ermənistan vətəndaşları səs verə bilməyəcək
Ermənistanda parlament seçkiləri zamanı xaricdə seçki məntəqələri açılmayacaq.
Modern.az xəbər verir ki, bu barədə “Armenia Today” nəşrinə ölkənin Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Seda Qukasyan məlumat verib.
Onun sözlərinə görə, xaricdə daimi yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində yalnız ölkəyə gəldikləri halda iştirak edə biləcəklər.
“Xaricdə daimi əsasda yaşayan Ermənistan vətəndaşları parlament seçkilərində yalnız fiziki olaraq ölkədə olduqları təqdirdə iştirak edə bilərlər”, – deyə Qukasyan bildirib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Mənbə: Modern.az
