Aktual Bu gün, 10:07 Referans Mərdəkan Hospitalın həkiminin məqaləsi beynəlxalq konfransda
Referans Mərdəkan Hospitalın otorinolarinqoloqu, tibb üzrə fəlsəfə doktoru Hüseyn Ağayev 25–29 aprel 2026-cı il tarixlərində Göteborg şəhərində keçirilən “CEORL-HNS Konqresi 2026” çərçivəsində Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkimlər Elşən Ağayev və Elvin Novruzov ilə birlikdə maraqlı klinik halları əhatə edən elmi məqalə təqdim edib.
Modern.az xəbər verir ki, azərbaycanlı mütəxəssislərin birgə hazırladığı elmi iş konqres materiallarında nəşr olunub və otorinolarinqologiya sahəsində çalışan beynəlxalq mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Həkimlərimiz beynəlxalq elmi platformada Azərbaycanı uğurla təmsil ediblər.
Qeyd edək ki, CEORL-HNS tərəfindən təşkil olunan bu konqres otorinolarinqologiya sahəsində Avropanın və dünyanın ən nüfuzlu elmi platformalarından biri hesab edilir. Tədbir çərçivəsində müasir klinik yanaşmalar, elmi yeniliklər və innovativ müalicə üsulları müzakirə olunur, müxtəlif ölkələrdən olan mütəxəssislər arasında təcrübə mübadiləsi aparılır. Hər iki ildən bir keçirilən konqres beynəlxalq tibbi əməkdaşlığın inkişafına mühüm töhfə verir.
Məqalənin uğurlu təqdimatı və qurulan beynəlxalq elmi əməkdaşlıq nəticəsində azərbaycanlı müəlliflər növbəti CEORL-HNS Konqresi 2028 üçün dəvət alıblar. Növbəti konqresin Berlin şəhərində keçirilməsi planlaşdırılır.
Mənbə: Modern.az
