Şəhər problemlərinin həllində beynəlxalq əməkdaşlıq vacibdir – Çexiyalı nazir

Şəhərlərlə bağlı problemlərin həllində beynəlxalq əməkdaşlıq və yaxşı təcrübələrin mübadiləsi indiyə qədər olmadığı qədər vacibdir.

Modern.az xəbər verir ki, bunu Çexiyanın regional inkişaf naziri Zuzana Mrazova Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında bildirib.

“UN-Habitat” və Azərbaycan hökumətinə bu mühüm tədbirin keçirilməsinə görə təşəkkür edim. İnanırıq ki, ortaq şəhər problemlərinin həllində və yeni şəhər gündəliyinin həyata keçirilməsinin sürətləndirilməsində beynəlxalq əməkdaşlıq və yaxşı təcrübələrin mübadiləsi indiyədək olmadığı qədər daha vacibdir”, – nazir vurğulayıb.

Onun sözlərinə görə, Çexiya Yeni Şəhər Gündəliyinin qəbulundan bəri onun həyata keçirilməsinə tam sadiq qalıb və onu davamlı şəhər inkişafı üçün əsas qlobal çərçivə hesab edir: “Səylərimiz davamlı, inklüziv və dayanıqlı şəhərlərin qurulmasına yönəlib. Milli səviyyədə şəhər inkişafının sosial və institusional ölçülərinin gücləndirilməsinə, əsas xidmətlərə çıxışın yaxşılaşdırılmasına və mənzil əlçatanlığının təmin edilməsinə diqqət yetirmişik”.


Mənbə: Modern.az

Bir cavab yazın