AZAL Naxçıvan reyslərini bərpa etdi

“Azərbaycan Hava Yolları” QSC (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.

Modern.az AZAL-a istinadən xəbər verir ki, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunur.

“Sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zərüri tədbirlər həyata keçirilir”, – deyə aviaşirkət bəyan edib.


Mənbə: Modern.az

Bir cavab yazın