Aktual Bu gün, 12:02 Osloda Azərbaycanın Müstəqillik Günü qeyd olundu – FOTO

Mayın 15-də Norveçin paytaxtı Oslo şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə yüksək səviyyəli rəsmi tədbir keçirilib. “Oslo Konserthus” konsert salonunda təşkil olunan gecə geniş diplomatik iştirak və zəngin mədəni proqramı ilə diqqət çəkib.

Modern.az xəbər verir ki, tədbir Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədovun açılış nitqi ilə başlayıb. Daha sonra tanınmış musiqiçilər Tural Raphael və Ələfsər Rəhimovun rəhbərliyi ilə caz kvartetinin konsert proqramı təqdim olunub və qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Gecədə Norveç Parlamenti nümayəndələri ilə yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Yaponiya və Portuqaliya səfirləri də daxil olmaqla çoxsaylı diplomatik korpus təmsilçiləri iştirak ediblər. Ümumilikdə 70-ə yaxın diplomat və beynəlxalq nümayəndənin qatıldığı tədbir Azərbaycanın illərdir formalaşdırdığı çoxşaxəli diplomatik münasibətlərin və beynəlxalq nüfuzunun daha bir göstəricisi kimi qiymətləndirilib.

İştirakçılar tədbirin yüksək təşkilatçılıq səviyyəsini və Azərbaycanın mədəni təqdimatını xüsusi vurğulayaraq gecədən məmnun qaldıqlarını ifadə ediblər.


Mənbə: Modern.az

Bir cavab yazın