Hörmüzdə 4 gəmiyə xəbərdarlıq atəşi açılıb

ABŞ İrana qarşı tətbiq etdiyi dəniz blokadası başladıqdan bəri indiyədək 97 ticarət gəmisinin marşrutunu dəyişdirib, 4 gəmini isə saxlayıb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi məlumat yayıb. Bildirilib ki, fevralın 28-dən başlayan münaqişədən bəri ABŞ dəniz yollarını və boğazı demək olar ki, tamamilə iflic vəziyyətinə salıb. İran isə buna cavab olaraq Hörmüz boğazını tamamilə bağladığını elan edib ki, bu da dünya neft və əmtəə ticarətində ciddi qlobal böhrana və fasilələrə səbəb olub.

Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına nəzarəti davam etdirir və gəmilərin İran limanlarına daxil olmasına və ya oradan çıxmasına icazə vermir. Blokadanın əsas məqsədi İrana qarşı ağır iqtisadi təzyiq göstərməkdir. CENTCOM-un məlumatına görə, saxlanılan 4 gəmi xəbərdarlıq atəşi açıldıqdan sonra blokada direktivlərinə tabe olaraq dayanmağa məcbur edilib.


Mənbə: Modern.az

Bir cavab yazın