Müəllimlərini öldürən yeniyetmələrə hökm oxunacaq

0

Gürcüstanda iki yetkinlik yaşına çatmayan şəxs 27 yaşlı müəllim Qiqi Avalianinin ölümünə səbəb olan rezonanslı iş üzrə təqsirli bilinib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsi Demetre Çikovanini cinayətin hazırlanmasında, Anna Naskidşvili isə cinayət barədə məlumat verməməkdə təqsirli hesab edib.

Cəzaların müddəti 2 iyunda elan olunacaq. Qanuna əsasən, onların cəzası dörddə bir azaldılacaq.

Daha əvvəl üç yetkinlik yaşına çatmayan da bu iş üzrə təqsirli bilinmişdi. Hakim Romeo Tkeşelaşvilinin qərarı ilə Aleksandr Qabaşvili və Giorgi Rikaçe 14 il, Demetre Çikovani isə 9 il azadlıqdan məhrum edilmişdi.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More