ABŞ Dövlət katibinin köməkçisi Şəhidlər xiyabanını ziyarət etdi

ABŞ Dövlət katibinin köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “X” hesabında bildirilib.

Qeyd edilib ki, ABŞ nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçənlərin xatirəsini ehtiramla yad edib.

 


Mənbə: Modern.az

Bir cavab yazın