“Qarabağ”dan növbəti transfer – Serbiya klubu yüksək maaşlı futbolçusunu satır
“Qarabağ” növbəti transferini reallaşdırmağa yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, Serbiyanın “Partizan” klubunun mərkəz müdafiəçisi Nihad Mujakiçin Ağdam təmsilçisinə keçidi son mərhələyə çatıb. Transferin yaxın vaxtlarda rəsmən açıqlanacağı gözlənilir.
Serbiya mətbuatı yazır ki, bu keçid “Partizan” üçün də maliyyə baxımından əhəmiyyət daşıyır. Belə ki, bosniyalı futbolçunun aylıq maaşı təxminən 42 min avro təşkil edir və onun ayrılması klubun maaş büdcəsini xeyli yüngülləşdirəcək.
Qeyd edək ki, Nihad Mujakiç 2024-cü ildən “Partizan”ın formasını geyinir və Bosniya və Herseqovina milli komandasının da üzvüdür.
30 yaşlı bosniyalı stoperin “Partizan”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Bosniya və Herseqovina millisinin üzvü olan Muyakiç yığmada 12 oyunda 1 qol vurub.
Mənbə: İdmanxeber.az