Bu il 3 mindən çox müəllim imtahandan kəsilib – RƏSMİ
2026-cı ildə yeni fənlər üzrə keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesində 3227 müəllim keçid balını toplaya bilməyib.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, bu il ilk dəfə fiziki tərbiyə, musiqi, təsviri incəsənət, texnologiya və tarix fənlərini tədris edən müəllimlər sertifikatlaşdırma prosesinə cəlb olunublar.
Mənbə: Modern.az