“Sabah” Azərbaycanın xallarını artırdı
“Sabah”ın UEFA Çempionlar Liqasında TNS üzərində səfərdə qazandığı 2:1 hesablı qələbə Azərbaycanın UEFA reytinqinə də müsbət təsir edib.
İdmanxeber.az-ın məlumatına görə, bu nəticə sayəsində ölkəmizin əmsalına 0,250 xal əlavə olunub. Beləliklə, Azərbaycanın cari mövsümdə topladığı əmsal 1,000-ə, ümumi reytinqi isə 19,562-yə yüksəlib. Komandamız UEFA reytinqində 26-cı pillədə qərarlaşıb.
Azərbaycan çempionunun növbəti rəqibi Finlandiyanın KUPS komandası olacaq.
Mənbə: İdmanxeber.az