Denisa Sakova: “Slovakiya şirkətləri Azərbaycanın gələcək inkişafında etibarlı tərəfdaş olmağa hazırdırlar”

0

“Azərbaycanla energetika sahəsində əməkdaşlıq iqtisadi tərəfdaşlığımızın əsas sütunlarından biri olaraq qalır”.

Oxu.Az xəbər verir ki, bunu Slovakiyanın baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda bildirib.

O qeyd edib ki, təbii qaz mənbələrinin və onun nəqli marşrutlarının şaxələndirilməsi həm Slovakiya, həm də Avropa üçün həlledici əhəmiyyət daşıyır:

“Azərbaycan təkcə etibarlı enerji tərəfdaşı kimi deyil, həm də regionları və bazarları birləşdirən mühüm logistika qovşağı kimi getdikcə daha böyük rol oynayır. İki ölkə arasında əməkdaşlıq energetika sahəsi ilə məhdudlaşmır. Slovakiya şirkətləri artıq Azərbaycanın inkişafına töhfə verirlər. Qarabağın bərpasında iştirak etmək imkanını yüksək qiymətləndiririk. Ağdamdakı “Ağıllı kənd” layihəsi Slovakiya texnologiyalarının və təcrübəsinin insanların həyatını yaxşılaşdıran praktik həllər təqdim edə bildiyini göstərən əla nümunədir”.

Nazir əlavə edib ki, Slovakiya infrastruktur, rəqəmsallaşma, sənaye istehsalı, su ehtiyatlarının idarə olunması və qabaqcıl texnologiyalar sahələrində də Azərbaycanla əməkdaşlıq üçün böyük potensial görür.

“Slovakiya güclü mühəndislik məktəbinə, yüksəkixtisaslı kadrlara və artan innovasiya potensialına malik müasir sənaye iqtisadiyyatıdır. Slovakiya şirkətləri Azərbaycanın gələcək inkişafında etibarlı tərəfdaş olmağa hazırdır”, – deyə D.Sakova bildirib.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More