Daimi işindən ayrıldı, MİQ-də yenidən 91 bal TOPLADI
2026-2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi yekunlaşıb.
Test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunub.
MİQ imtahanında yüksək nəticə göstərən namizədlər arasında kimya fənni müəllimi Nərgiz Mirzəli də yer alıb.
Modern.az AzEdu.az-a istinadən xəbər verir ki, Nərgiz müəllim imtahanda 91 bal toplayaraq yüksək nəticə əldə edib.
Müəllim qeyd edib ki, yüksək nəticə əldə etməyin əsas şərti sistemli, məqsədyönlü və iradəli şəkildə hazırlaşmaqdır:
“2021-ci ildən müəllim kimi fəaliyyət göstərirəm. 2025-ci ildə keçirilən müəllimlərin işə qəbulu (MİQ) imtahanında 90,75 bal toplayaraq Bakı şəhəri 79 nömrəli tam orta məktəbə daimi işə qəbul olundum. Bu il isə öz ərizəmlə işdən ayrılaraq yenidən MİQ imtahanında iştirak etdim və 91 bal topladım.
İmtahan prosesi tam şəffaf şəkildə təşkil olunmuşdu. Suallar ümumilikdə asan, orta və çətin səviyyələr üzrə balanslı şəkildə hazırlanmış, tədris standartlarına uyğun tərtib edilmişdi. Yalnız 4-5 sualda daha mürəkkəb hesablamalar tələb olunurdu.
Düşünürəm ki, yüksək nəticə əldə etməyin əsas şərti sistemli, məqsədyönlü və iradəli şəkildə hazırlaşmaqdır. Qarşıda müəllimləri gözləyən növbəti mərhələlərdə bütün namizədlərə uğurlar arzulayıram”.
Mənbə: Modern.az