Jurnalistikanı bitirənlər iş tapa bilirlər? – Son 6 ilin STATİSTİKASI

0

İyulun 22-si Azərbaycanda Milli Mətbuat Günüdür. 151 illik yubileyini qeyd etməyə hazırlaşan milli mətbuatın qarşısında duran əsas məsələlərdən biri də jurnalistika təhsili alan gənclərin əmək bazarında nə dərəcədə yer tapa bilməsidir.

Modern.az saytının Dövlət Məşğulluq Agentliyindən əldə etdiyi məlumata görə, ali təhsilli məzunların məşğulluq göstəricilərini əks etdirən statistik məlumatlar göstərir ki, ümumilikdə ölkədə məzunların işlə təmin olunma səviyyəsi 57,7 faizdir. Belə ki, 139 min 236 məzundan 80 min 352 nəfəri işlə təmin olunub.

648 ixtisas üzrə təqdim olunan statistikada jurnalistika istiqaməti də yer alır. Məlumatlar göstərir ki, jurnalistika ixtisası üzrə məşğulluq göstəriciləri son illərdə 50 faiz ətrafında dəyişib.

Əyani jurnalistika ixtisası üzrə məzunların işlə təmin olunma faizi 2023-cü ildə 52,5 faiz olub. Bu istiqamət üzrə orta göstərici də 52,5 faiz təşkil edib.

İngilis dilində tədris olunan jurnalistika ixtisasında isə vəziyyət nisbətən fərqlidir. Bu proqram üzrə məzunların işlə təmin olunma göstəricisi 2018-ci ildə 40,3 faiz, 2019-cu ildə 53,8 faiz, 2020-ci ildə 55 faiz, 2021-ci ildə 59,6 faiz, 2022-ci ildə 58 faiz, 2023-cü ildə isə 55,1 faiz olub. Altı ilin orta göstəricisi 53,6 faiz təşkil edir.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More