Ləğv olunan banklardakı əmanətlərin statistikası açıqlanıb
“Azərbaycanda ləğv olunan 19 bankda ümumilikdə 2 milyard 364 milyon 255 min manat əmanət olub”.
Oxu.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva “Milli Mətbuat Günü: dialoq və əməkdaşlıq forumu”nda deyib.
O bildirib ki, sözügüdən banklardakı əmanətçilərin sayı isə 651 768 nəfər olub:
“Əmanətçilərdən 63 888 nəfərə ödəniş edilib. Əmanətlərin 1 milyard 761 milyon 564 min manatı qorunan idi. Həmin məbləğin 1 milyard 729 milyon 887 min manatı əmanətçilərə ödənilib ki, bu da 98% təşkil edir.
Əmanətçilərin ümumi sayı yüksək görünsə də, ödəniş alanların sayı nisbətən azdır. Bunun əsas səbəbi həmin 518 min əmanətçinin hesabında cəmi bir manat və ya daha az vəsaitin olmasıdır”.
Mənbə: Oxu.az