Magistraturaya ixtisas seçimi üçün müddət uzadıldı

0

2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün ixtisas seçiminin müddəti uzadılıb.

Modern.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, magistraturaya qəbul üzrə ixtisas seçimi bu gün saat 13:00-dək davam edəcək.

Məlumat üçün bildirək ki, bu gün saat 09:00-a olan məlumata əsasən, 15 633 bakalavr ixtisaslaşma seçimini təsdiqləyib. Onlardan 14 251 nəfər Azərbaycan bölməsi, 1 382 nəfər isə rus bölməsi üzrə seçim edib.

İxtisaslaşmasını hələ təsdiqləməyən və seçim etməyən namizədlər bunu 27 iyul saat 13:00-dək edə bilərlər.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More