Şükürbəylidə 45 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb.

Modern.az xəbər verir ki, iyunun 17-də doğma yurduna yola salınan köç karvanı Şükürbəyli kəndinə uğurla çatıb. Bu mərhələdə kəndə köçürülən 45 ailədən ibarət 196 nəfərə yeni mənzillərinin açarları təqdim olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına köçürülməsi davam etdirilir.


Mənbə: Modern.az

Bir cavab yazın