“Amazon” tarix yazdı: Şirkətin bazar dəyəri üç trilyon dolları ötdü
Dünyanın ən böyük onlayn ticarət platformalarından biri olan “Amazon” (AMZN) texnologiya şirkətinin səhmləri avqustun 3-də 5.64 faiz bahalaşıb.
Oxu.Az “RBK”ya istinadən xəbər verir ki, qiymətli kağızların dəyəri pik həddə 286,9 dollara yüksəlib.
Bununla da şirkətin bazar kapitallaşması tarixdə ilk dəfə 3 trilyon dollar həddini keçib.
“Amazon” hazırda bazar dəyərinə görə dünyanın ən iri beş şirkətindən biridir. “TradingView” platformasının Bakı vaxtı ilə saat 17:48-ə olan məlumatına əsasən, şirkətin bazar kapitallaşması 3,08 trilyon dollar təşkil edib.
Bakı vaxtı ilə saat 18:02-yə olan məlumata görə, bazar dəyərinə görə dünyanın ən bahalı beş açıq səhmdar cəmiyyəti bunlardır:
– NVIDIA – 4.9 trilyon dollar,
– Alphabet – 4.54 trilyon dollar,
– Apple – 4.48 trilyon dollar,
– Microsoft – 3.63 trilyon dollar,
– Amazon – 3.07 trilyon dollar.
Mənbə: Oxu.az