Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkar edilib – FOTO

0

Naxçıvanda külli miqdarda saxta aksiz markası ilə markalanmış məhsulların satışının həyata keçirilməsi və satış məqsədilə saxlanması faktları aşkar edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilib ki, Sahil Arif oğlu Murtuzayevə məxsus Kəngərli rayon Qarabağlar kəndi ərazisində yerləşən anbarda külli miqdarda saxta aksiz markası ilə markalanmış alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb. Hazırda faktla bağlı Dövlət Vergi Xidməti tərəfindən araşdırmalar aparılır.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More