Azərbaycanda frilanserlər vergi qeydiyyatına alınacaqlar – Qanun nə deyir? – VİDEO

0

Vergi öhdəliyi vergi qanunvericiliyinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şərait yarandığı andan (məsələn, gəlir əldə edildikdə, əmlak alındıqda və ya sahibkarlıq fəaliyyətinə başlanıldıqda) yaranır.

Oxu.Az-ın “Qanun nə deyir?” rubrikasının bugünkü mövzusu frilanserlərin vergi qeydiyyatına alınması ilə bağlıdır.

Azərbaycanda frilanserlər vergi qeydiyyatına alınacaqlar – Qanun nə deyir? – VİDEO






Frilanserlər və rəqəmsal səyyahlar (işini internet və rəqəmsal texnologiyalar vasitəsilə tamamilə məsafədən idarə edən şəxslər – red.) vergi orqanında qeydiyyata alındıqdan, sənaye və ya texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, həmçinin Vergi Məcəlləsində nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan yararlana bilərlər.

Startap şəhadətnaməsi almış vergi ödəyicilərinə, sənaye və texnologiyalar parklarının rezidentlərinə şəhadətnamənin verildiyi ilk üç il ərzində vergi yoxlamalarının nəticələrinə əsasən hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ümumi borc məbləği 50 min manatdan çox olmadıqda, həmin borc məbləği ilə bağlı yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verildiyi tarixdən şikayət üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi tarixədək kredit təşkilatına, elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatlarının dondurulmasına dair sərəncam göndərilmir.

Mənbə: Oxu.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More