Azərbaycan diasporunun rəhbəri Rusiyadan deportasiya edilib

0

Moskvadakı Azərbaycan diasporunun rəhbəri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.

Modern.az xəbər verir ki APA-nın məlumatına görə, B. Həsənov bir müddət saxlanıldığı miqrantların müvəqqəti saxlanma məntəqəsindən hava limanına gətirilərək Rusiya Federasiyasından deportasiya olunub.

Qeyd edək ki, Moskvadakı Azərbaycan Milli Mədəni Muxtariyyətinin sədri B.Həsənovun Rusiya Federasiyası vətəndaşlığı ötən il ləğv olunub. Bu ilin iyun ayında o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirilib.


Mənbə: Modern.az

Leave A Reply

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More