Akademik şəhadətnamələr üçün müraciət tarixi uzadıldı
Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək üçün müraciət tarixi uzadılıb.
Bu barədə Modern.az-a Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq qismən akademik şəhadətnamə əldə etmək üçün müraciət tarixi 07.07.2026-cı il, saat 18:00-a qədər uzadılıb.
Mənbə: Modern.az
