Təhsildə sistemli korrupsiya artıq yoxdur

Təhsil sistemində rüşvət və korrupsiyanı böyük mənada həll etmişik. 

Modern.az xəbər verir ki, bunu IX ADA Beynəlxalq Təhsil Konfransında elm və Təhsil naziri Emin Əmrullayev deyib. 

Nazir bildirib ki, müasir texnologiyaların və elektron sistemlərin tətbiqi sayəsində əvvəllər problem yaradan bir çox sahələrdə korrupsiya halları tamamilə aradan qaldırılıb:

“Uşaqların məktəbə qəbulu və yerdəyişməsində, ali təhsil müəssisələrinə qəbul prosesində, eləcə də Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarında və bu kimi digər irimiqyaslı proseslərdə böyük mənada rüşvət və korrupsiya məsələsini həll etmişik. Hazırda təhsil sistemində hər hansı bir sistemli korrupsiya mövcud deyil”.

Emin Əmrullayev vurğulayıb ki, qəbul və idarəetmə proseslərinin mərkəzləşdirilmiş və elektron qaydada aparılması insan amilini minimuma endirib ki, bu da bütün namizədlər və şagirdlər üçün bərabər, ədalətli mühitin formalaşmasını təmin edib.


Mənbə: Modern.az

Bir cavab yazın